"Avtoş"luq edən məmur oğlu həbs olundu

Avtoxəbər 22 İyul 2014 16:46 Oxunub 5169
"Avtoş"luq edən məmur oğlu həbs olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sədi Əbilov polisə müqavimət göstərdiyinə görə 15 sutka həbslə cəzalandırılıb

Dünən Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbolovun oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə Masallı rayon Məhkəməsinin qərarı ilə15 günlük həbs olunub. Rayon sakinlərinin verdiyi məlumata görə Sədi Əbilov rayon daxilində özünə məxsus «Niva» markalı maşınla nömrəsiz və kustar üsülla hazırlanmış pərdədən istifadə edirmiş. Bu zaman Masallı DYP-i əməkdaşları tərəfindən saxlanılan məmur oğlu bu dəfə də polisə tabe olmaq istəməyib. Yol polisi əməkdaşlarına müqavimət göstərməyinə baxmayaraq onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.

Masallı rayon Polis idarəsindən məlumatı dəqiqləşdirmək mümkün olmadı. Avtosfer.az saytı məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev bu barədə məlumatsız olduğunu deyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə belə bir faktın qeydə alındığını təsdiq edib. Nazirlik əməkdaşı Avtosfer.az saytına bildirib ki, həqiqətən də dünən Sədi Əbilov Masallı rayon ərazisində «Niva» markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan və küstar üsulla hazırlanmış pərdə-plyonka ilə idarə edərkən Masalı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, avtomobilin dövlət nömrə nişanı 90 SM 407-dir. Sədi Əbilovun törətdiyi inzibati xəta ilə bağlı protokol tərtib olunub və o, polis şöbəsinə dəvət edilib. Lakin S.Əbilov polis əməkdaşlarına tabe olmayaraq müqavimət göstərib. Buna görə də, onunla bağlı toplanmış materiallar Masallı rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə Sədi Əbilov barəsində 15 sutka inzibati həbs qərarı çıxarıb.

Orxan Mansurzadənin sözlərinə görə, bu faktın özü kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu və qanunu pozanların da müvafiq qaydada cəzalandırıldığını göstərir.

Avtosfer.az saytının əldə etdiyi digər məlumata görə isə Sədi Əbilovun idarə etdiyi «Niva» markalı, 90 SM 407 dövlət nömrə nişanlı avtomobil onun atası Ərəstun Əbilova məxsusdur.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh