Yol polisini iş başında kameraya çəkmək olarmı -VİDEO

Avtoxəbər 26 İyul 2014 17:23 Oxunub 6937
Yol polisini iş başında kameraya çəkmək olarmı -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial şəbəkələrdə yol polisilə sürücünün mübahisəsini əks etdirən daha bir video paylaşılıb

Sosial şəbəkələrdə yol polisi ilə sürücünün mübahisəsini əks etdirən daha bir video yayılıb. Facebookda yayılan videoda aydın görünür ki, yol polisi tərəfindən saxlanılan sürücü qanunları və hüquqlarını hüquq-mühafizə orqanı əməkdaşından daha yaxşı bilir. Videoda Rusiya vətəndaşının Azərbaycan ərazisindən keçərkən yol polisi tərəfindən saxlanılması əks edilib. Videogörüntü elə saxlanılan sürücünün avtomobilindəki müşahidə kamerası vasitəsilə çəkilib. Yol polisi saxladığı sürücüdən sənədləri alır. Daha sonra sürücünün avtomobildəki müşahidə kamerasını söndürməsini tələb edir. Lakin sürücü bu tələbə etirazını bildirib, çəkilişin onun hüququ olmasını xatırladır. Daha sonra polis sürücüdən maşından enməyi tələb edir. Sürücü də eyni zamanda bu tələbin qanunsuz olduğunu deyir. Həmin sürücü polisin bölməyə dəvətini də qəbul etmir. Mübahisə zamanı sürücü polisə sübut edir ki, onu haqsız yerə saxlayıb. Daha sonra yol polisi onun qonaq olmasını əsas gətirərək qayda pozan sürücünü buraxır. Yayılan videoda yaranan bəzi suallara cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəsinin anspress-ə verdiyi məlumata görə, əslində sürücünün avtomobilində müşahidə kamerasının olmasında heç bir problem yoxdur. Lakin bu o demək deyil ki, vətəndaş həmin çəkilişdən istifadə edərək yol polisinə təzyiq göstərməlidir. “Müşahidə kamerası ilə çəkiliş xidmət göstərən yol polisinin fəaliyyətinə mənfi təsir göstərməməlidir. Əgər vətəndaş çəkilişlə polisi şantaj edirsə, bu qanunsuz əməldir”, - deyə Kamran Əliyev bildirdi. Qurum rəsmisinin sözlərinə görə, yol polisinin tam ixtiyarı var ki, sürücünü maşından düşürsün. Hətta zərurət yarandığı anda polis sürücünü polis idarəsinə, yaxud məntəqəyə dəvət edə bilər. Əgər lazım olarsa, yol polisi müşahidə kamerası ilə çəkilən videoya da baxa bilər. Bundan əlavə, videodan göründüyü kimi yol polisi qayda pozan sürücünü qeyri-şərtsiz, qonaq olduğu üçün buraxır. Bu məsələyə aydınlıq gətirən Kamran Əliyevin sözlərinə görə, sürücün vətəndaşı cərimə etmədən xətasını başa sala bilər. “Bəzən sürücüyə yol verdiyi inzibati xətanı başa sala bilər. Onu tənbeh edir, cərimə yazmadan yola sala bilər. Bu bəzən vətəndaşa bir daha həmin qayda pozuntusuna yol verməməsinə səbəb olur”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elmar 10 Noyabr 2014 22:55
Mashallah bizdedeki basha salan polisler coxdu axiKamrana soz catdirmaq cetindi.artiq et meselesi
Anar 10 Noyabr 2014 22:55
Haay kaaamandir.Bu yol polislerini bir vetendasi bu qeder qanunsuz saxladigi ucun cezalandirmalidirlar.Kamran ise hemise polisi mudafie edir ve etmelidir.Bes vetendasi kim mudafie etmelidir.