Bakıda "avtoş" yol polisini vurdu – Sürücü qaçıb

Yol polisi 30 Mart 2016 19:28 Oxunub 2267
Bakıda "avtoş" yol polisini vurdu – Sürücü qaçıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Saxla" əmrinə tabe olmayan “Daewoo” polisi vuraraq ərazidən uzaqlaşıb

Bakıda yol polisi əməkdaşını maşın vurub. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində “Azneft” dairəsində qeydə alınıb. Polisin "saxla" əmrinə tabe olmayan “Daewoo” markalı avtomobil xidmətdə olan yol polisi inspektorunu vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü Bayraq Meydanı yaxınlığında saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Xəsarət alan polis əməkdaşının Nəsib Həsənov olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh