Dünyada ən böyük xeyriyyə avtorallisi Bakıdan keçəcək

Yeniliklər 25 İyul 2014 00:35 Oxunub 1762
Dünyada ən böyük xeyriyyə avtorallisi Bakıdan keçəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Komandalar marşrutu yalnız adi avtomobillərdə qət etməlidirlər

Dünyada ən böyük xeyriyyə avtorallisi ilk dəfə olaraq bu il Bakıdan da keçəcəkdir. Bu barədə Rumıniyanın “Agepress” agentliyi rallinin iştirakçılarına istinadən məlumat verir. Avtoralli iyulun 20-də Londonda start götürür. Tədbirin iştirakçıları şəhər avtomobillərində Londondan Monqolustanın paytaxtı Ulan-Batoradək məsafə qət edəcəklər. Bu marşrutda Bakı məcburi dayanacaq məntəqələri siyahısına daxil edilib. İştirakçıların iyulun 29-da Bakıya gələcəkləri gözlənilir. Avtoyürüşdə iştirak etmək üçün komandalar xeyriyyə məqsədlərinə 1000 avro yönəltməli və marşrutu yalnız adi avtomobillərdə qət etməlidirlər.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh