Keçmiş polisdən nazirə təşəkkür

Yol polisi 31 Mart 2016 23:38 Oxunub 2293
Keçmiş polisdən nazirə təşəkkür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Nə yaxşı ki, doğma nazirliyimizdə belə insanlar var”

Birinci qrup əlil, Qarabağ müharibəsi veteranı, keçmiş polis əməkdaşı Mətləb Məmmədov bir müddət öncə Moderator.az vasitəsi ilə daxili işlər naziri Ramil Usubova müraciət edərək ağır şəkər xəstəsi kimi qıçının birinin amputasiya olunduğunu, damarları əməliyyat olunmayacağı təqdirdə ikinci ayağının da amputasiya təhlükəsi ilə üz-üzə qaldığını bildirmiş, dəstək göstərilməsini xahiş etmişdi. 

(Həmin müraciəti bu linkdən oxumaq olar---moderator.az/news/111851.html)

Təqdirələyiq haldır ki, hər zaman saytımızda rəhbərlik etdiyi qurumla bağlı gedən yazılara şəxsən diqqət göstərərək operativ reaksiyası ilə seçilən Ramil müəllim bu dəfə də çox böyük qayğıkeşlik sərgiləyərək keçmiş polis əməkdaşının bu harayına da biganə qalmadı, Mətləb Məmmədovun həyatda qalması üçün əlindən gələni əsirgəmədi.  Elə M. Məmmədovun israrlı xahişi ilə onun DİN rəhbərinə minnətdarlıq məktubunu təqdim edirik:

Azərbaycan Respublikasının Daxili İşlər Naziri polis general-polkovniki  cənab Ramil Usubova

Minnətdarlıq məktubu

Çox hörmətli cənab nazir, Möhtərəm Ramil Usubov! Səhhətimlə bağlı Sizə müraciət etmişdim. Sol ayağımı itirmişəm, sağ ayağımı isə itirməklə üz-üzə idim. Mənə həm mənəvi, həm də maddi dayaq oldunuz.

Arif Heydərov adına DİN-nin Hospitalında çox yaxşı şəraitdə, isti və mehriban münasibət əhatəsində yüksək səviyyədə müayinə və müalicə olundum. Sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında əməliyyat olundum. Ağır və uğurlu əməliyyatdan sonra indi evdə nəvəmin yanındayam və özümü əla hiss edirəm.

Cənab nazir, Möhtərəm Ramil müəllim! Başda Siz olmaqla DİN-in mətbuat xidmətinin rəisi polis-polkovniki Sadiq Gözəlova, DİN-in Tibb İdarəsinin rəisi tibbi xidmət polkovniki Mahmud Yusifova, Hospitalın rəisi tibbi xidmət polkovniki Ramiz Əkbərova, Hospitalımızın radioloji həkimi tibbi xidmət kapitanı Əli Əliyevə, cərrah tibb xidmətinin baş leytenantı Vüsal Eminova minnətdaram. Nə yaxşı ki, həyatda bizim doğma nazirliyimizdə belə insanlar var. Şəxsən Sizə təkar olaraq mənə maddi və mənəvi kömək göstərdiyiniz üçün dəfələrlə minnətdaram. Sizə can sağlığı, uzun ömür arzulayıram.

Sizə hörmət bəsləyən keçmiş polis starşinası, müharibə veteranı, birinci qrup əlil Məmmədov Mətləb Yusif oğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Emil 1 Aprel 2016 03:57
Cenab nazir bele bir insadi hamiya el tutan insandi Allah razi olsun