Azərbaycan polisi cəbhə bölgəsində belə xidmət edir - VİDEO

Yol polisi 5 Aprel 2016 00:35 Oxunub 44597
Azərbaycan polisi cəbhə bölgəsində belə xidmət edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol və post-patrul xidmətinin əməkdaşları təhlükəsizliyin təmini üçün gecə-gündüz iş başındadır

Bu gün ANS-in xüsusi çəkiliş qrupu döyüşlər gedən cəbhə xəttində olub. Onlar kəndlərdəki vəziyyət haqqında son məlumatları barədə xəbər verib. Bildirilib ki, ermənilər dinc insanların yaşadığı kəndləri qəsəbələri bombalamaqda davam edirlər.

Daha sonra çəkiliş qrupu yüksəkliklər uğrundakı döyüşdə uğur qazanandan sonra sağ-salamat geri qayıdan hərbçilərlə görüşüb. Görüntülərdə də əsgərlərin əhval ruhiyyəsinin yüksək olduğunu açıq aydın görmək mümkündür. Əsgərlər ermənilərə layiqli cavab verdikləri üçün özlərini çox xoşbəxt hiss etdiklərini bildirərək doğmalarına salamlarını da göndəriblər.

Avtosfer.az bildirir ki, təqdim olunan videoda cəbhə xəttində polis əməkdaşlarının xidmət etdiyini də görmək mümkündür. Belə ki, düşmənlə ən yaxın təmas xəttində belə dövlət yol polisinin və post-patrul xidmətinin əməkdaşları da ayıq-sayıqdırlar və əsgərlərlə birlikdə gecə-gündüz xidmət aparırlar. Yol polisləri hərbi kalonları və digər hərbi təyinatlı nəqliyyat vasitələrini müşaiyət edir, onların yollarda rahat və təhlükəsiz hərəkətini təmin edir. Bundan başqa, cəbhə xəttindəki ərazilərdə xidmət aparan yol polisi əməkdaşları kənardan bu bölgələrə gələn sürücüləri daha təhlükəsiz yollarla bağlı məlumatlandırır, onlara istiqamət verir və onların qadağan olunmuş nöqtələrə hərəkətinin qarşısını alır.

Post-patrul xidmətinin əməkdaşları isə gücləndirilmiş rejimdə günün 24 saatı kəndlərdə təhlükəsizliyi təmin edir, bəzi evlərə mərmilər düşdüyü üçün dağılıb boş qalan evlərdə əhalinin əmlakını qoruyur, yad adamların kəndlərə, qəsəbələrə daxil olmasının qarşısını alırlar. Hazırda Zəngilan, Cəbrayıl, Goranboy, Naftalan, Tərtər, Qazax, Gədəbəy, Daşkəsən, Ağdam, Xocavənd və Beyləqan rayon polisləri cəbhəyanı ərazilərdə, təmas xəttində ayıq-sayıq xidmət aparırlar.

Azərbaycan polisi birinci Qarabağ savaşında olduğu kimi, indiki döyüşlərdə də elə ilk gündən Ordumuzun yanındadır və ön xətdə xidməti davam etdirir. Uğur olsun!

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh