«Sonata» «Prado»nu belə aşırdı - VİDEO

Gündəm 30 İyul 2014 08:51 Oxunub 3839
«Sonata» «Prado»nu belə aşırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib; xəsarət alanlar da var

Paytaxt Bakının mərkəzi küçələrindən birində qeydə alınan bu yol qəzası Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarından yayına bilməyib. Avtosfer.az saytının verdiyi məlumata görə, «Hundai Sonata» markalı avtomobil həcmcə özündən böyük olan «Toyota Prado» markalı avtomobilə necə yüksək sürətlə dəyirsə, «Prado» idarəetmədən çıxır və aşır. Burada zərbənin güclü olduğu aydın şəkildə görünür.

Qəzanın başvermə səbəbinə gəlincə, bu küçənin nizamlanmayan yol ayrıcı olduğunü söyləmək olar. Çünki kadrlarda svetafor və ya hər hansı yol nişanı gözə dəymir. Belə olduğu halda, əgər yol ayrıcı nizamlanmayan yol ayrıcıdırsa, sözsüz ki, «Sonata»nın sürücüsü sağdan hərəkətdə olan «Prado»ya yol verməli idi. Çünki diqqətlə baxdıqda görünür ki, «Prado»nun sürücüsü keçid üstünlüyünün onda olduğunu düşündüyü üçün sakit şəkildə hərəkət edir. «Sonata» isə qəflətən yola çıxaraq onu sağdan vurub aşırdır.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyir. Xəsarət alanlar da olub. Əsas odur ki, ətrafdakı insanlar belə vəziyyətlərdə dərhal köməyə gəlib aşan avtomobili qaldırırlar.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh