Ermənilər Azərbaycan polisini yaraladılar - FOTO

Yol polisi 7 Aprel 2016 17:24 Oxunub 2895
Ermənilər Azərbaycan polisini yaraladılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazir müavini ona baş çəkib

Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya cərrahi müdaxilə edilib, bütün digər lazımi tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır. Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib.

 

Emin

http://oxu.azstatic.com/uploads/W1siZiIsIjIwMTYvMDQvMDcvMTYvNTYvMzYvMjk3LzQuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjU5MHg1OTBcdTAwM2UiXV0?sha=ab04db50

ŞƏRH YAZ
Ad

E-mail

Şərh