Bakı ilə Qubanı birləşdirən yeni yol - FOTOLAR

Yeniliklər 21 İyul 2014 17:04 Oxunub 2023
Bakı ilə Qubanı birləşdirən yeni yol - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıya daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsi təmin ediləcək

Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya ederasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ümumi uzunluğu 42km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb. Yolun 16,5-22km, 28-37 km hissələrində işlər davam etdirilir. Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib. Hazırda ərazidə müxtəlif qazma və tökmə torpaq yatağının tikintisi işləri gedir. Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq  2 körpü, 1 heyvan keçidində son tamamlanma işləri ilə yanaşı optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə 3 qat asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir. Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz  növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh