Abşeron sakini həyat yoldaşını güllələyib

Gündəm 17 Aprel 2014 00:00 Oxunub 1660
Abşeron sakini həyat yoldaşını güllələyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Seyran Tahirov ailə münaqişəsi zəminində həyat yoldaş Məhbubə Tahirzadəni tüfənglə vurub

 

 

 

Abşeron rayon sakini həyat yoldaşını gülləyib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Saray qəsəbəsində, Sevil Qazıyeva küçəsində qeydə alınıb. Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Malik oğlu Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Məhbubə Ramiz qızı Tahirzadəni tüfənglə gülləyib. M.Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh