Daxili İşlər Nazirliyi sürücülər üçün yeni xidmət istifadəyə verdi - FOTO

Yol polisi 13 Aprel 2016 16:59 Oxunub 10131
Daxili İşlər Nazirliyi sürücülər üçün yeni xidmət istifadəyə verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN-in “Elektron Ödənişlər Sistemi”nin funksionallığı artırılıb

Daxili İşlər Nazirliyinin vətəndaşlar üçün Elektron xidmət kabineti yaradıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, buna səbəb martın 1-dən etibarən yeni İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi olub. Belə ki, Daxili İşlər Nazirliyinin müvafiq sistemlərində yeni məcəllənin maddələrinə uyğun olaraq müvafiq dəyişikliklərin tətbiqinə başlanılıb. Bu istiqamətdə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilməmiş (qərarsız) protokollar barədə məlumatların əldə edilməsi və onların ödənişinin həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyinin mövcud “Elektron Ödənişlər Sistemi”ndə əlavə funksionallıqlar işlənib hazırlanıb. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində nəqliyyat vasitələri və sürücülük vəsiqələri barədə məlumatların Fərdi İdentifikasiya Nömrələri ilə təmin edilməsi işinin daha da təkmilləşdirilməsi məqsədilə yeni Elektron xidmət kabineti yaradılıb. Bununla da elektron protokollarda Fərdi İdentifikasiya Nömrələrilə təmin edilmə texniki baxımdan mümkün olan ən yüksək həddə çatdırılıb.

Vətəndaşlar bu xidmətlərdən istifadə etmək üçün https://e-xidmet.mia.gov.az  və https://e-payment.mia.gov.az  linklərinə daxil ola bilərlər. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh