Bakıda Qubaya gedənlər üçün yeni yol çəkilir - FOTO

Yeniliklər 23 İyul 2014 13:53 Oxunub 2628
Bakıda Qubaya gedənlər üçün yeni yol çəkilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol ötürücüsü Biləcəridən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yen i yolötürücü tikilir. Nəqliyyat Nazirliyi ”Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolqovşağı kompleksinə daxil olan növbəti yolötürücü dəmir yolu xətti üzərindən keçir. Tikintisi nəzərdə tutulan yolötürücüsü Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına keçid məqsədilə inşa olunur. Yolötürücüsünün uzunluğu 31m, eni isə 14,5 m təşkil edəcək.

Qeyd edək ki, hazırda 1-ci dayağın tikintisi ilə əlaqədar svay-qazma işləri həyata keçirilir.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh