“Yol hərəkəti qaydaları və mən” - FOTO

Öyrənək 21 Aprel 2016 16:52 Oxunub 2993
“Yol hərəkəti qaydaları və mən” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fəal komandalara “Yol hərəkəti əlifbası” verilib

Bakıdakı 42 saylı məktəbdə “Yol hərəkəti qaydaları və mən” devizi altında keçirilən açıq məşğələ “Piyada”, “Sürücü”, “Polismen”, “Yol nişanları” və “Sərnişin” mövzularını əhatə edib. İbtidai sinif şagirdlərinin iştirak etdiyi məşğələ interaktiv üsullarla və müasir texnologiyalarla təşkil olunmuşdur. Uşaqlar mövzular üzrə 5 komandaya bölünmüşdü. Hər bir komanda mövzuya uyğun təqdimat hazırlamışdı. Məşğələdə DİN Baş DYP İdarəsinin əməkdaşı, polis kapitanı N.Piriyev, Bakı şəhər DYP İdarəsinin polis leytenantı V.Nağıyev və 42 №-li məktəbin direktoru F.Həmidova və müəllimlər iştirak edib. Tədbirdə iştirak edən qonaqlar komandaların çıxışlarına münasibət bildirib və qiymətləndirib. Fəal komandalara “Yol hərəkəti əlifbası” verilib.

 

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh