Yol xətləyənlərdən başdansovdu əməl - FOTO

Xəbərlər 24 İyul 2014 15:47 Oxunub 3380
Yol xətləyənlərdən başdansovdu əməl - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu xətt çəkməkdir, yoxsa pul silmək?

Bu mənzərə qeyri-peşəkarlıq, məsuliyyətsizlik, yoxsa?.. Adi bir yolu xətləyən zaman heç nəyə məhəl qoymadan rəngin belə çəkilməsinə başqa nə ad vermək olar? Oxucuların Füzuli küçəsində çəkilən bu foto, əslində, ölkədə yolların necə çəkilməsinin, asfaltın altında bizim görə bilmədiyimiz hansı oyunların aparıldığını göstərən xırda bir nişanədir. Yolun kənarında adi bir xətləmə işini bu formada aparan şəxsin işini görəndən sonra aylarla, bəzən bir neçə il aparılan yol layihələrinin keyfiyyətinə necə güvənəsən?  Yoxsa burada da dövlətə, millətin pullarına kəc baxılır?

Bu məsələ ilə bağlı peşə tələbinə uyğun olaraq aildiyyəti qurumun mövqeyini öyrənməyə də cəhd göstərmədik. Əslində, etdiyimiz bu cəhd, özümüzü yormaqdan başqa bir şey olmazdı. Öz günahlarını etiraf etmək əvəzinə, bunu hansısa işçinin məsuliyyətsizliyi və ya çəkib göndərən oxucunun qərəzi hesab etməklə gördükləri işi malalayacaqdılar. Ona görə də bu yazını oxuyub, fotoya diqqətlə baxandan sonra milli.az-a zəng edərək mövqelərini açıqlaya bilərlər, əgər cavabları olsa...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh