Nəqliyyat Departamentinin əməkdaşı Avtovağzalda qoçuluq edir – FOTO

Xəbərlər 25 İyul 2014 03:11 Oxunub 2318
Nəqliyyat Departamentinin əməkdaşı Avtovağzalda qoçuluq edir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkram Abbasov: «Sənədlərim qaydasında ola-ola məndən 102 manat istəyir»

Şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olan Abbasov İkram Abbas oğlu Avtosfer.az saytına müraciət edərək Nəqliyyat Departamentinin əməkdaşı tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun dediyinə görə, bir neçə gündür Beynəlxalq Avtovağzalda Mamnd adlı şəxs ona göz verib, işıq vermir: «Mən «Mersedes» markalı, 99 GX 815 dövlət nömrə nişanlı avtomobilimlə taksi fəaliyyəti ilə məşğul oluram. Beynəlxalq Avtovağzalda Zərdab rayonunun Qaravəlli kəndindən olan Mamed adlı şəxs 102 manat istəyir. Əlavə olaraq 57 manat da bilka pulu tələb edir. Deyir ki, 102 manatı elə-belə istəyirəm, özümə lazımdır, pulu ver, protokol yazmayım. Mən də deyirəm, nəsə səhv iş görmüşəmsə, protokol yaz, aparıb dövlətə ödəyim. Deyir, mən nə istəyirəm, edirəm. Pul mənə çatacaq. Mənə hədə-qorxu gəlir, söyüb təhqir edir, işləməyə qoymur. Deyir, pulu verməsən işləməyə qoymayacam. Avtovağzala buraxmır məni. Sənədlərim tam qaydasındadır. Taksi fəaliyyəti üçün lisenziyam, VÖEN-im var, icazə sənədləri də tam qaydasındadır. Amma bu adam ayağını dirəyib ki, 102 manat verməlisən, vəssalam».

İnanırıq ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı araşdırma aparıb, qanuni şəkildə taksi fəaliyyəti məşğul olan, dövlətə vergi ödəyən sürücüdən qanunsuz olaraq pul tələb şəxsi cəzalandıracaq.

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh