Bu küçədə avtomobillərin hərəkət sürəti artıb - FOTO

Yeniliklər 24 İyul 2014 02:37 Oxunub 2390
Bu küçədə avtomobillərin hərəkət sürəti artıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürət artımı video aşkarlayıcı kameraları vasitəsilə qeydə alınıb

Akademik Həsən Əliyev küçəsində (Tbilisi prospekti istiqamətində) avtomobillərin hərəkət sürəti artıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sürət artımı asfalt örtüyünün yenilənməsindən və Tbilisi dairəsində işıqforların vaxt rejiminin dəyişdirilməsindən sonra mümkün olub. Sürət artımı mərkəzin video aşkarlayıcı kameraları vasitəsilə qeydə alınıb. 2013-cü ilin iyul ayında Həsən Əliyev küçəsində maşınların günlük orta hərəkət sürəti 31,7 km/saat idisə, bu ilin iyul ayında bu göstərici 38,7 km/saat olub. Sürət artımı günün pik saatlarında - saat 08:00-10:00 və 18:00-20:00 arasında da baş verib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh