Olimpiya stadionuna yeni yol

Yeniliklər 24 İyul 2014 12:21 Oxunub 1815
Olimpiya stadionuna yeni yol
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni yol təhlükəsiz hərəkəti təmin edəcək

Böyükşor gölü ətrafında tikilən olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa maneəsiz çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospektilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün tikintisi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, tunelin yanaşma yolları ilə birlikdə uzunluğu 510 m, qapalı hissəsi 53,4 m, eni isə 34,2 m təşkil edəcək. “6 hərəkət zolağı üçün nəzərdə tutulan tunel tipli yolötürücüsünün svay-qazma işləri və qapalı hissənin bir tərəfində dəmir-beton tirlərin quraşdırılması yekunlaşıb. İstinad divarlarının 40, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb. Hazırda döşəmə hissəsində armaturlanma işləri gedir. Yaxın günlərdə həmin hissənin betonlanmasına başlanılacaq”, - deyə P.Mürsəliyev bildirib.

Qeyd edək ki, tunel istismara verildikdən sonra yeni tikilən avtomobil yolundan Olimpiya stadionu ərazisinə nəqliyyat vasitələrinin birbaşa təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, həmin hissədə dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılara imkan yaradacaq.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh