Bakıda DYP avtomobili qəza törətdi: yaralılar var - FOTO

Yol polisi 27 Aprel 2016 16:10 Oxunub 5416
Bakıda DYP avtomobili qəza törətdi: yaralılar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib

Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə qəza törədib. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu-Maştağa yolunda qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Qarayevin idarə etdiyi BMW markalı, 99 YP 357 dövlət nömrə nişanlı avtomobil Maştağa qəsəbə sakini Vahab Manafovun idarə etdiyi “VAZ-21015” markalı 90 NZ 885 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-21015”in sürücüsü və həmin avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü Dilqəm Manafov xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sade Insan 1 May 2016 21:58
Turkler demisken: Alma mezlumun ahini, cixar aheste-aheste. Kim bilir kime ne etmisdi, ozu qezaya dusdu.