Yol polisi avtomobil qaçıran şəxsi yaxaladı

Yol polisi 27 Aprel 2016 16:03 Oxunub 1489
Yol polisi avtomobil qaçıran şəxsi yaxaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərrux Zeynalov Salyan rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib

Avtomobil qaçırmış Lənkəran şəhər sakini tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 26-da Lənkəran rayonunun Qumbaşı kəndindən kənd sakini Sənan Məmmədova məxsus “Lada” markalı avtomobil qaçırılıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Fərrux Zeynalov Salyan rayonu ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh