Polislərin vətəndaşları saxlamaq qaydalarında - Dəyişiklik

Yol polisi 29 Aprel 2016 20:12 Oxunub 4534
Polislərin vətəndaşları saxlamaq qaydalarında - Dəyişiklik
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə" izah etməlidir

Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir. Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Polis haqqında" qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər edilməsi layihəsi müzakirəyə çıxarılıb. Belə ki, maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbi, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə" izah etməlidir. Dəyişikliklər müzakirəyə çıxarılaraq qəbul edilib.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh