Bakı bulvarında faciə - ÖZƏL

Gündəm 18 Aprel 2014 00:00 Oxunub 1891
Bakı bulvarında faciə - ÖZƏL
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramiz Əsgərov parkda gəzərkən ürək tutmasından yıxılıb ölüb

Aprelin 17-də saat 21.10 radələrində Dənizkənarı Milli Parkda faciə baş verib. Parkdakı «Saat qülləsi»nin qarşısında bir nəfər yıxılaraq yerindəcə keçinib. avtosfer.az saytının əldə etdiyi məlumata görə, ölən şəxs 1958-ci ildə Salyan rayonunun Qaracala kəndində anadan olmuş, hazırda Şirvan şəhəri, Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyük oğludur. Şahidlər bildiriblər ki, Ramiz Əsgərov parkda gəzirmiş və qəflətən yıxılıb. Ətrafdakıların köməyinə baxmayaraq o, dünyasını dəyişib. R.Əsgərovun ürək tutmasından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh