Polis zabitinin otağında qumbara partladı – RƏSMİ

Yol polisi 2 May 2016 12:45 Oxunub 1529
Polis zabitinin otağında qumbara partladı – RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur

Daxili İşlər Nazirliyi polis kapitanını xidməti otağında baş verən partlayışla bağlı açıqlama yayıb. Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, hadisə mayın 1-də saat 07.30 radələrində qeyd alınıb. Zaqatala rayon polis şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış Rövşən Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh