Saxta polislər tutulub - Salyanda

Yol polisi 4 May 2016 12:50 Oxunub 1852
Saxta polislər tutulub - Salyanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir

Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Salyan Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat alıb. 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh