Bakıda yol polisinin maşınını vurdular

Yol polisi 4 May 2016 13:41 Oxunub 2989
Bakıda yol polisinin maşınını vurdular
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı Alim Zeynalov bədən xəsarətləri alıb

Xəzər rayonunda polis əməkdaşının da iştirakı ilə zəncirvari qəza baş verib. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Bakı sakini, 1975-ci il təvəllüdlü Alim Zeynalov, "Qaz- 330202" markalı 90 AG 325 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. İdarəetməni itirən A.Zeynalovun maşını yol kənarında dayanan və orada xidmətdə olan Dövlət Yol Polis İdarəsinin polis serjantı, 1987-ci il təvəllüdlü Abbas Abbasovun idarə etdiyi BMW markalı, 99 YP 521 dövlət nömrə nişanlı avtomobilə dəyib.

Alim Zeynalov bunun ardınca Elşən Məmmədova məxsus "Mitsubishi Pajero" markalı və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Anar Aslanovun idarə etdiyi "TX 4 London" markalı avtomobilləri vurub.

Qəza zamanı A.Zeynalov bədən xəsarətləri alıb. Digər avtomobillərə də ciddi ziyan dəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh