Ramil Usubov 195 nəfəri işə götürəcək - QƏBULA YAZILMAQ LAZIMDIR

Yol polisi 6 May 2016 10:40 Oxunub 8554
Ramil Usubov 195 nəfəri işə götürəcək - QƏBULA YAZILMAQ LAZIMDIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirin qəbuluna gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Mayın 24-də saat 10.00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 25-dək olan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Qeyd olunan vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır.

Bununla yanaşı, “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək. Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək.

Ümumilikdə qeyd olunan rayon polis orqanlarında vakant olan 15 kiçik rəis heyəti və 180 mülki işçi vəzifələrinə qəbul həyata keçiriləcək.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh