Şamaxı yolunda işlər 15 gün ərzində yekunlaşacaq

Yeniliklər 25 İyul 2014 23:49 Oxunub 1984
Şamaxı yolunda işlər 15 gün ərzində yekunlaşacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib

Bilgəh-Novxanı-Şamaxı istiqamətində inşa olunan yeni yolda tikinti işləri intensivləşib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, yolun 32-34-cü km hissəsində hamarlayıcı qatın vurulması başa çatdırılıb. Həmin hissədə bu gün səhər saatlarından asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılmışdır. Saray  qəsəbəsinə aid olan 2 km-dən artıq məsafədə 2 qat asfalt-beton örtüyünün döşənməsi yaxın 15 gün ərzində yekunlaşacaq. Bundan sonra  sözügedən yolun Pirşağı qəsəbəsindən keçən 17-19-cu km hissəsində asfalt işlərinə start veriləcək.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh