Vətəndaşlar qayda pozan sürücünü polisin əlindən alıb qaçırdılar - VİDEO

Yol polisi 8 May 2016 01:41 Oxunub 5333
Vətəndaşlar qayda pozan sürücünü polisin əlindən alıb qaçırdılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu video onu göstərdi ki, vətəndaşlarla yol polisi arasında uçurum var

Bu video dünən Bakıda çəkilib və sosial şəbəkələrdə yayılıb. Avtosfer.az-ın məlumatına görə, yol polisi əməkdaşlarının sürücünü 99 YP 248 dövlət nömrə nişanlı YPX avtomobilinə mindirməyə çalışmasına etiraz edən vətəndaşlar sürücünü onların əlindən alaraq qaçmasına şərait yaradıblar. Vəziyyəti belə görən polislər isə ərazidən uzaqlaşmalı olublar.

Videonu diqqətlə incələdikdə görünür ki, yol polisləri vətəndaşa qarşı kobudluq etmirlər və döymürlər. Sadəcə onu maşına mindirib aparmağa çalışırlar. Vətəndaş isə polislərə əl-qol atır, qışqırıb hay-küy salır və onların papağını vurub yerə salır. O, sadəcə qaçmağa çalışır. Ətrafdakı insanların hadisəyə bu cür yanaşması normal yanaşma deyil. Normal halda qayda pozmayan, özünə arxayın olan insan sakitcə maşına oturub məsələnin araşdırılmasına çalışır və hara lazımdırsa gedir. Lakin bu adam bütün vasitələrdən istifadə edərək qaçmağa çalışır. Görünür, yol polisinə tabe olmadığı üçün onu bu cür saxlatdırıblar. Və o, bundan sonra da tabe olmur və ətrafdakı insanların da polislərə hücum çəkib onları ayırması həmin vətəndaşa imkan verdi ki, qaçsın.

Bu mənzərə heç də xoş bir mənzərə deyil. Yol polislərinin də zəifliyi açıq-aşkar hiss olunur. Bu halda yol polisi və Post-Patrul Xidməti çağırmalı idi, ya da qandalı həmin şəxsin qoluna vurub sakitcə aparmalı idi. Daha təpikləşmək, süpürləşmək lazım deyildi. Videodan aydın görünür ki, yol polisləri vətəndaşı maşina mindirərkən ətrafdakı insanların qəzəbli münasibətindən də qorxurlar və dərhal hadisə yerini tərk edirlər. 

Bu video həm də onu göstərdi ki, vətəndaşlarla yol polisi arasında uçurum var və nə qədər yaxşı tərəfləri olsa da, polisin xidmətinin pis tərəfləri daha çox görünür və cəmiyyətdə polisə qarşı aqressiya var…

 

Elməddin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh