Polis olmaq istəyənlərin nəzərinə

Yol polisi 11 May 2016 11:12 Oxunub 7910
Polis olmaq istəyənlərin nəzərinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2016-cı il may ayının 27-də saat 10:00-da Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini Bərdə Rayon Polis Şöbəsində qəbul edəcəkdir. Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbul başa çatdıqdan sonra saat 12:00-da, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində qeyd olunan şəhər, rayon polis orqanlarında vakant olan 103 mülki işçi vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdir.

Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh