Deputat parlamentdə benzinin bahalaşmasına etiraz etdi

Gündəm 18 Aprel 2014 00:00 Oxunub 2228
Deputat parlamentdə benzinin bahalaşmasına etiraz etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fərəc Quliyev: «Kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində yanacağın qiymətini dövlət tənzimləyir»

Bu gün Milli Məclisin yığıncağında millət vəkili Fərəc Quliyev çıxış edərək bəzi məsələlərə toxunub. avtosfer.az saytının məlumatına görə, deputat benzinin bahalaşmasına etiraz edib: «Mən parlamentdə bir dəfə çıxış elədim və Azərbaycanda 98 markalı benzininin qiymətinin sərbəst buraxılması ilə bağlı fikir bildirdim. Bildirdim ki, o qiymətin sərbəst buraxılması normal hal deyil. Çünki açıq şəkildə yanacaqla bağlı qiymətin formalaşmasının mövcud mexanizmi qanunvericiliyə birbaşa ziddir.Qanunvericiliyə görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində yanacağın qiymətini dövlət tənzimləyir. Mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər qanunvericiliklə qiymətləri dövlət tənzimləməsində olan məhsullara müvafiq tənzimlənən qiymətləri tətbiq ediblər. Bu qanundan çıxış edən Nazirlər Kabineti də 2005-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını tərtib edibdir. 39 adda mal, iş, xidmət qrupu var orda və neft məhsulları da ora daxildir. Neft məhsullarının harda istehsal olunmasından asılı olmayaraq qiyməti tənzimlənməlidir. Bu azmış kimi son zamanlar 95 markalı benzinin də artıq başqa ad qoyaraqdan qiyməti, Tarif Şurasında baxılmadan qaldırılıb. Mən hesab edirəm ki, Hesablama Palatası bu məsələyə də münasibət bildirməlidir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh