İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb

Yol polisi 17 May 2016 16:59 Oxunub 2352
İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq

Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.

Avtosfer.az "report"a istinadən xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, keçən ilin sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh