Bakıda polis əməkdaşı "Niva" ilə qəza törətdi: 2 yaralı var - FOTO

Yol polisi 22 May 2016 03:00 Oxunub 2652
Bakıda polis əməkdaşı "Niva" ilə qəza törətdi: 2 yaralı var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Niva"-nın sürücüsü və “Opel”in qadın sərnişini xəsarət alıblar

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb. Şosenin Zabrat qəsəbəsi istiqamətində olan hissəsində “Opel” markalı 10 TZ 942 dövlət nömrə nişanlı minik maşını və NİVA markalı 99 FN 095 dövlət nömrə nişanlı avtomaşın toqquşub. Qəza nəticəsində "Niva"-nın sürücüsü Əliyev Cəlal Camal oğlu və “Opel”in qadın sərnişini xəsarət alıblar.

Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazilriyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun anasının həmin xəstəxanada həkim işlədiyi bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh