Sürücülük vəsiqələri ləğv ediləcək

Yeniliklər 31 İyul 2014 12:41 Oxunub 4674
Sürücülük vəsiqələri ləğv ediləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Böyük Britaniyada kağız sürücülük vəsiqələri elektron analoqları ilə əvəz ediləcək

Gələn ildən Böyük Britaniyada kağız sürücülük vəsiqələri elektron analoqları ilə əvəz ediləcək. Fins.az-ın məlumatına görə, söhbət “View Driving Record” adlı elektron sistemin işə düşməsindən gedir. Bu sistem sentyabrdan etibarən hər bir sürücünün hansı nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasını, nə qədər cərimə balı almasını, sürücülük vəsiqəsinin nə vaxt qüvvədən düşməsini öyrənməyə imkan verəcək. Yerli hökumət həmçinin avtomobil icarədarlarına, sığortaçılara, işəgötürənlərə və sürücülük təlimatçılarına sürücülər haqqında informasiya əldə etməyə imkan verəcək "Share My Driving Record” xidməti üzərində iş aparır.

Böyük Britaniyanın sığorta şirkətlərində ümid edirlər ki, yeni sistem sığorta üçün müraciət edən insanların sürücülük tarixçəsinin yoxlanılması prosedurunu sadələşdirəcək və dəqiqliyi artıracaq. Bu, həm sığorta şirkətlərinə, həm də müştərilərə pula qənaət etməyə imkan verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh