«Mersedes»ə yol verməyən avtobus sürücüsünü xəstəxanalıq etdilər

Avtoxəbər 31 İyul 2014 20:48 Oxunub 2071
«Mersedes»ə yol verməyən avtobus sürücüsünü xəstəxanalıq etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü başqa maşına yol vermədiyi üçün hücuma məruz qalıb

Bu gün Bakının Səbail rayonunda sərnişin avtobusunun sürücüsü döyülüb. Səbail rayon Polis İdarəsindən verilən məlumata görə, “Azneft” dairəsində 65 saylı, 10 TG 044 dövlət nömrə nişanlı avtobusun sürücüsü, 1984-cü il təvəllüdlü Famil Cavid oğlu Umarov naməlum şəxs tərəfindən vəhşicəsinə döyülülb. Bu barədə Daxili İşlər Nazirliyinin “102” xəttinə məlumat verilib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Döyülən sürücü xəstəxanaya aparılıb.

Hadisənin baş verməsinə gəlincə, “Xaliq Faiqoğlu” MMC-nin istismar öbəsinin rəisi İbrahim Quliyevin verdiyi məlumaat görə, hadisə yol üstündə baş verib. Belə ki, “Mercedes” markalı minik maşını yolda dönmək istəyərkən avtobus yoldan keçdiyi üçün ona mane olub. Sürücü də bundan əsəbləşərək maşını avtobusun qarşısında saxlayıb. Daha sonra maşından düşən naməlum kişi avtobus sürücüsünü dartıb çıxarıb çölə. Ona çoxsaylı şillə və təpik vurub. 

Döyülən sürücü Famil Umarovun anspress-ə verdiyi məlumata görə, niyə döyüldüyünü anlamır. Çünki sürücü minik maşınının yolunu kəsməyib.

“Qəflətən avtobusun qarşısını kəsdi və mənə hücum etdi. Guya mən ona yol verməmişəm. Amma yalan deyir, mən onu heç görməmişdim” – deyə Famil Umarov bildirib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin təhqiqat şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh