«Bakı-Sumqayıt yolunda kəsilən ağacların pulunu vermişik»

Gündəm 18 Aprel 2014 00:00 Oxunub 1909
«Bakı-Sumqayıt yolunda kəsilən ağacların pulunu vermişik»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azəryolservis” ASC-nin sədri: «Orada gündə 220 min maşın hərəkət edir, biz neyləyək?»

«Ziya Bünyadov prospektinin təmiri bu il başa çatacaq”. Bu barədə avtosfer.az-a açıqlama verən “Azəryolservis” ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanov bildirdi ki, yol 10 zolaqlı olacaq. “Əvvəlcə 4 zolaqlı yolun tikintisi nəzərdə tutulurdu. Daha sonra bu yolların sayını 8-ə çatdırdıq. İndi isə 10 zolaqlı yol alınacaq”. Bakı-Sumqayıt yolunun genişləndirilməsi zamanı ağacların kəsilməsi ilə bağlı suala cavab verən millət vəkili bildirdi ki, onlar da ağac kəsilməsinin əleyhinədir. “Biz də ağacların kəsilməsinin tərəfdarı deyilik. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sənəd göndəririk ki, bu yolu genişləndirmək istəyirik. Ağacların pulunu ödəyirik, yeni pöhrələrin alınması üçün şərait yaradırıq. Deyirik ki, köçürmək mümkündürsə, köçürün, köçürmək mümkün deyilsə, yenisini alıb əkin. Sumqayıtla Bakı arasında gün ərzində 220 min maşın hərəkət edir. Sabah o yol bağlansa, necə olacaq? Həmin yolun sağ və sol tərəfini görmüsünüz. Orada hansı tərəfi sökək? Vaxtilə oradakı tikililərlə bağlı düzgün qərar verilməyib. İndi də çətindik oraları təmizləmək. Gebib hansısa obyekti söksək, yazacaqlar ki, filankəsin obyektini sökdülər».

Cavid Qurbanov Bakı-Sumqayıt yolunda genişlənən yolun Avtovağzal yaxınlığında yenidən daralması ilə bağlı məsələdən də danışıb: «Biz əlimizdən gələni edirik. Hara qədər imkan varsa, ora qədər genişləndirəcəyik».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh