Xəbərdarlıq; DYP 50 manat cəriməsi olan reydlərə başlayır

Avtoxəbər 31 İyul 2014 21:35 Oxunub 6424
Xəbərdarlıq; DYP 50 manat cəriməsi olan reydlərə başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillərin sahibləri cəzalandırılacaq

Avqustun 1-dən etibarən ölkə üzrə, xüsusilə də Bakı şəhəri ərazisində "Təmiz hava" aylığı keçiriləcək. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 noyabr 2004-cü il tarixli 517 saylı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar tədbirlərin davamı olaraq, atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə avqust ayının 1-dən etibarən "Təmiz hava" aylığına start verəcək. Bölmə rəisinin sözlərinə görə, bütün ölkə üzrə, xüsusilə də paytaxt Bakıda keçiriləcək "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır: "Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılacaq, onların normaya uyğun olmasına nəzarət gücləndiriləcək, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görüləcək".

V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir. Əks halda, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: "Avtomobil sahiblərinə, sürücülərə bildiririk ki, x&uuuuml;susi cihazlar vasitəsilə nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi qazın tərkibi öyrəniləcək. Ona görə də idarə etdiyiniz nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirin. Xüsusilə, işlək vəziyyətdə mühərrikin ətraf mühitə buraxdığı qazın tərkibinin normaya uyğun olmasına diqqətlə yanaşın. Əks halda, keçirilən tədbirlər zamanı nöqsanlar aşkar edilərsə, qanunvericiliyə uyğun cəza tədbirləri görüləcək".

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Mixaylo 10 Noyabr 2014 22:55
Kim mənim sulıma cavab versə mən ona 500 manat mükafat verərəm.Sualım belədir: Texniki baxış keçirildi və müddət qurtardı ,ertəsi gün reydlərə başlayırlar ki,kimin maşını tüstü buraxsa 50 manat cərimələnəcək,İndi mənə deyin görüm bəs bu texniki baxışın keçirilməsi nəyə lazımdır,əgər hamının maşını baxışdan keçibsə bəs reyd nə üçündürÇox asan cavabı var...Cavab yazın!!!!!!
KAMRAN 10 Noyabr 2014 22:55
SALAMMENIM MASHINIM VAZ 2107-DIRMUHERRIK ETRAFA BURAXDIGI QAZIN NORMAL MIQDARI NE QEDER OLMALIDIRXAHISH EDIREM CAVAB YAZIN.