Sualın doğru cavabı; «b» bəndi

Yarışma 1 Avqust 2014 02:30 Oxunub 3402
Sualın doğru cavabı; «b» bəndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadanın buz bağlamış piyada keçidində yıxılaraq xəsarət alması yol-nəqliyyat hadisəsi deyil

 

Avtosfer.az saytı ötən həftənin sualı ilə bağlı doğru cavabı və qalib oxucunun adını açıqlayır. İlk öncə qeyd edək ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan növbəti sualımız kifayət qədər sadə və asan idi. Lakin zəruri nəzəri biliklər və diqqət tələb edirdi. Sualımız belə idi: 

Aşağıdakı hallardan hansı (və ya hansıları) yol-nəqliyyat hadisəsi deyil?

a) velosipedçinin piyadanı vurması; 

b) piyadanın buz bağlamış piyada keçidində yıxılaraq xəsarət alması;

c) avtomobilin səkinin kənarındakı bordürə çırpılaraq zədələnməsi;

ç) atlının yolda hərəkətdə olan at arabası ilə toqquşması;

d) sərnişinin avtobusun açıq qapısından yıxılaraq xəsarət alması.

Avtosfer.az saytına göndərilən cavablar bunlardır:

 

Tehmine - B

 

Ferid - B Ç

 

Sabir - B

 

Orxan - B piyadanın buz bağlamış piyada keçidində yıxılaraq xəsarət alması;

 

Murvet - B variantindan bawqa diger variantlarda yol neqliyyat hadisesi var . Cunki B variantinda neqliyyat vasitesinden sohbet bele gede bilmez. Mence dogru cavab B variantidir.

 

Eyyub Nerimanli - B

 

Ehmed - Mence C. Cunki mawin Hec kime xesaret vermir Oz laqeitliyinden bodure cirpilir..

 

Vusala - B

 

Facebook sosial şəbəkəsindən yazıya göndərilən cavablar isə bunlardır:

 

Mustafa Abdullayev - A,b ve ç

 

Algis Eminli - Hamisi yol-neqliyyat hadisesine aiddir. Sadalananlarin hamisi hereket istirakcisidir. Bu sebebden de hadise zamani her biri yol-neqliyyat hadisesinin istirakcisi olur...

 

Ayaz A. Yunisoğlu - A ve B

 

Vusal Hajievv - b) piyadanın buz bağlamış piyada keçidində yıxılaraq xəsarət alması; Cunki gorunduyu kimi qeza neticesinde hecbir neqliyyat vasitesi sebeb olmadigi halda hadise bas verir bu sebebden menim fikirime gore cunki yolda bas veren hadisede neqliyyat vasitesi istirak etmirse yol-neqliyyat hadisesi sayilmasi duzgun olmaz...bu menim fikirimdi

 

Qulu Safarov - Cavab B. Çunki bu hadisede neqliyyat iwtirak etmir. Ona gore yol neqliyyat hadisesi ola bilmez

 

Vugar Hasanli - B və Ç.

 

Nasist Sinan – Cavab B

 

Allahverdi Haqqverdiyev - Cavab B-dir.Cunku burda hereketde olan neqliyat vasitesi qezada iwtirak etmeyib.

 

Vusala Sultan - B.

 

Murad Memmedov - B)

 

İndii isə sualın doğru və ətrafla cavabı ilə tanış olaq: «Yol hərəkəti haqqında» qanunun 1-ci maddəsinin 43-cü bəndinə əsasən, yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Göründüyü kimi, yalnız o hadisələr yol-nəqliyyat hadisəsi sayılır ki, həmin hadisədə nəqliyyat vasitəsi iştirak etsin.  Deməli, nəqliyyat vasitəsi iştirak etməyən hadisə yol-nəqliyyat hadisəsi deyil. Sualda qoyulan variantlardan yalnız biri nəqliyyat vasitəsi iştirak etməyən hadisədir.  Beləliklə, DOĞRU CAVAB “b” variantıdır, yəni piyadanın buz bağlamış piyada keçidində yıxılaraq xəsarət alması yol-nəqliyyat hadisəsi deyil.

 

Daha tez və əhatəli doğru cavab isə Vusal Hajiev verib. Onu təbrik edirik və bildiririk ki, 055 335 15 59 nömrəli telefona zəng edərək 20 manatlıq kuponu əldə edə bilər.

Qeyd edək ki, artıq Avtosfer.az-ın təqdim etdiyi sualın sponsoru «Repsol» avtomobil yağlarıdır. Avtosfer.az saytında suala ilk və doğru cavab verən şəxs «Repsol» yağlarından 20 manatlıq hədiyyə kartı əldə edəcək. Siz bu kartla «Repsol»dan avtomobiliniz üçün mühərrik, transmissiya yağlarına 20 manatlıq endirim qazanacaqsınız. Fəal olun, biliyinizi artırın, hədiyyə qazanın və «Repsol»la avtomobilinizin gücünə güc qatın.

Oxucuların diqqətinə çatdıraq ki, sualın cavabları növbəti həftə açıqlanacaq. Suala ilk və doğru, ətraflı cavab verən şəxs mükafatı qazana bilər.

 

Xüsusi qeyd: Xahiş edirik ki, cavabları yalnız sualların altındakı xanada və ya facebook bölməsində yazasınız. Bəzi oxucularımız səhvən «Repsol»un elektron poçtuna da cavab yazıb göndərir. Xahiş edirik, bu müraciətimizi nəzərə alıb cavabları müvafiq yerdə yazasınız. Hər birinizə uğurlu yol arzu edirik!

 

«Repsol» haqqında: Mərkəzi İspaniyada yerləşən «Repsol» şirkəti dünyanın ən böyük neft-qaz konsernlərindən biridir. Avtomobillər, gəmilər, motosikllər, sənaye-istehsalat üçün sürtgü və digər yağlar da istehsal etməklə premium klass «Repsol» yağları «Volkswagen», «Honda», «Seat», «Mitsubishi», «Nissan», «Aprilia», «KTM», «Deutz» avtomobil və motosiklet istehsalçılarının konveyerlərində istifadə olunur. «Repsol» avtomobil yağları dəfələrlə ən ekstrim avtomobil idman növləri olan «MotoGP», «Dakar» rallisi yarışlarında ən ağır istismar şəraitlərində sınaqdan keçib. 

Tel: 480 40 00, www.repsol.com, www.repsoloils.az, [email protected]

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh