Bakıda milyonluq “Lamborghini”nin sahibi kimdir -VİDEO

Avtoxəbər 1 Avqust 2014 02:44 Oxunub 5950
Bakıda milyonluq “Lamborghini”nin sahibi kimdir -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu maşının sahininin icra başçılarından birinin oğlu olduğu deyilir

2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı hazırlıqlar davam edir. Paytaxt Bakı bu tədbir istiqamətində qaynar bir hazırlığın içindədir. Metronun “Koroğlu” stansiyası yaxınlığında inşa edilən əzəmətli “Olimpiya kəndi” demək olar ki, tam hazırdır. Eyni zamanda oyunların keçiriləcəyi Böyükşor gölünün ərazisində tikilən arenada işlər sürətlənib. Şübhəsiz ki, bütün bunlar yaxşıdır və hər kəs kimi, biz də gedişatı maraqla izləyirik. Lakin oyunların keçirilməsinə bir ildən çox bir müddət qalmasına baxmayaraq, ölkəmizdə bu yarışla bağlı qeyri-adi yeniliklər də baş verir.

Məsələn, bir neçə gün əvvəl Bakıya super bahalı avtomobillər gətirilib. Məlumata görə, “Lamborghini”, “Ferrari” kimi sürətli və bahalı avtomobillərin Azərbaycana partiya halında gətirilməsi də Avropa oyunları ilə əlaqədardır. Bakıya gətirilən bahalı “Lamborghini”lərdən biri Nərimanov rayonunda görüntülənib. “HL 184 AZ 14″ tranzit nömrəsi ilə, paytaxt küçələrində şütüyən bu maşının sahininin icra başçılarından birinin oğlu olduğu deyilir. MediaPost.az-ın məlumatına görə, bahalı “Lamborghini” Bakıya Almaniyadan xüsusi sifarişlə gətirilib. Maşın Bakıdakı “Lamborghini” salonundan alınmayıb. Maşının sahibi ilə bağlı araşdırmalarımız davam edir.. Yaxın günlərdə bu barədə oxucularımızı məlumatlandıracağıq…

 

Video bu linkdədir: http://www.mediapost.az/?p=537

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh