İzzət Bağırovun maşını ilə qırmızı işıqdan «protiv» keçdi - VİDEO

Avtoxəbər 3 Avqust 2014 03:38 Oxunub 6175
İzzət Bağırovun maşını ilə qırmızı işıqdan «protiv» keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Hummer»i sürücülük vəsiqəsi olmadan sürən tanınmış məşqçi Kamil Zeynalov gecələr Bakı küçələrində bu cür hərəkətlər edir

Tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması xəbəri hələ də müzakirə olunur. Bəzi mənbələr Kamil Zeynalovun yol polisinə əl qaldırdığını, buna görə polis tərəfindən saxlanıldığını bildirsə də, Daxili İşlər Nazirliyi (DİN) deyilənləri təkzib edib. «Tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması barədə deyilənlər yalandır». Bunu DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov bildirib. O, yayılan məlumatların heç bir əsası olmadığını deyib. "Əslində Kamil Zeynalov “Hummer” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarıf tərəfindən saxlanılıb. Yol polisi hadisə yerində protokol tərtib edib. Qanuna uyğun olaraq avtomobil duracağa aparılıb. Lakin Kamil Zeynalov nə polis tərəfindən saxlanılıb, nə də Bakı şəhər Baş Polis İdarəsinə aparılıb”, - deyə Ehsan Zahidov bildirib. Qurum rəsmisinin sözlərinə görə, Kamil Zeynalovla yol polisi arasında heç bir insident olmayıb. "Deyildiyi kimi, Kamil Zeynalov heç bir polisə əl qaldırmayıb və müqavimət göstərməyib. Əslində belə hallar hər gün baş verir. Kimsə qanunsuz olaraq avtomobil idarə etdiyi üçün saxlanılır və maşın cərimə meydançasına aparılır. Yaxud yol qaydası pozduğu üçün cərimə olunur. Bəzən isə xəbərlər kimlərinsə təxəyyülünün məhsulu olaraq şişirdilir».

Avtosfer.az saytının təqdim etdiyi videomateriala diqqətlə baxdıqdan sonra isə Kamilin yol polisinə əl qaldırıb-qaldırmadığına qərar vermək olar. Əslində, bu videonu ötən ilin bu vaxtlarında çəkmişdim. O vaxt yol polisinin gecə reydində iştirak edirdik. Təsadüfən, Kamil idarə etdiyi «Hummer» markalı, 90 AN 012 dövlət nömrə nişanlı avtomobillə qarşımızda peydə oldu. Daha doğrusu, qəza şəraiti yaradaraq yolumuza çıxdı. Biz yol polisi əməkdaşları ilə birlikdə mülkü maşında idik. O, qarşımıza keçib təhlükəli manevrlər edərək hərəkəti davam etdirirdi. Bakıxanov küçəsində, Rusiya səfirliyinin qarşısında qırmızı işıqdan keçdi. Kadrlara diqqətli baxdıqda elə lap əvvəldə Kamilin saymazyana şəkildə svetaforun qırmızı işığından keçdiyi açıq-aydın görünür. Bir qədər hərəkət etdikdən sonra qarşıdakı yol ayrıcında yalnız düzünə və sağa – Səməd Vurğun küçəsinə dönməyə icazə verildiyi halda, Kamil Zeynalov sola dönür. Bu da, ikinci qəza şəraiti. Onun arxasınca hərəkət edib bu tanınmış insanın etdiyi əməlləri lentə aldıq. Bizimlə birlikdə olan yol polisləri bu barədə tədbir görüləcəyini, kameralar vasitəsilə bütün qayda pozuntularının qeydə alındığını bildirmişdilər. Lakin Kamillə bağlı məsələnin sonrakı mərhələsi ilə maraqlanmadıq. Çünki həmin reyddə, ondan sonrakı günlərdə də hansı yol polisi ilə bu barədə söhbət etdiksə, bildirdilər ki, «Kamil yaxşı oğlandır, hörmətcil oğlandır». Elə bu səbəbdən də düz bir ildir bu videonu üzə çıxarmırdıq. Amma bu gün eşidəndə ki, Kamil avtomobili sürücülük vəsiqəsi olmadan idarə edir və hətta yol polisinə əl qaldırıb, fikrimizi dəyişdik. Kadrlara diqqətlə baxdıqda aydın olur ki, Kamil necə oğlandır. Oğlanlıq bir yana, bizim üçün yol polisinə əl qaldırmasa belə, sürücülük vəsiqəsi olmadan bu cür kobud maşın sürməyə görə Kamil Zeynalova yol polisinin hansı cəzanı tətbiq edəcəyi önəmli deyil. Önəmli olan odur ki, onu ictimai qınağa cəlb edib göstərək ki, kənardan baxanda bu cür əməllər heç də xoş görsənmir.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır. Kamilin idarə etdiyi bu avtomobil isə əvvəllər müğənni İzzət Bağırovun olub.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Anar 10 Noyabr 2014 22:55
Burda qeyri-adi ne var ki, bu insan Azerbaycanli deyil Biz Azerbaycanlilarda icimizde yaxsilarida var... sismeye meyilliyik.
Rashad 10 Noyabr 2014 22:55
Yaxsi Kamil qaydani pozaraq qarwi zolaga cixib hereket edir ve qirmizida kecir deyirsen. Bes sen niye qarsi neqliyyatin zolagina cixirsan, qirmizida kecirsen
Zeynab 10 Noyabr 2014 22:55
Essey arabasindan Hamera minenler bele sururler, problem yaranandada arvadlarini polise gonderirler razborkaya. Tem bolee polislerin Gulaydan xosu gelir