ASC sədri yollarla bağlı vəd verdi: «Bir ilə bütün yollar təmir olunacaq»

Gündəm 19 Aprel 2014 00:00 Oxunub 1592
ASC sədri yollarla bağlı vəd verdi: «Bir ilə bütün yollar təmir olunacaq»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cavid Qurbanov: «Bütün bunların hamısı insanların rahatlığı üçündür»

Gələn il Bakıda keçiriləcək Yay Olimpiya Oyunlarına qədər paytaxtın əksər küçə və prosrektlərində yollar təmir olunacaq. Bu barədə avtosfer.az saytının sualına cavabında «Azəryoservis» ASC-nin sədri Cavid Qurbanov bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı kompleks tədbirlər davam edir. O deyib ki, bu tədbirlər təkcə mərkəzi küçə və prospektləri yox, ehtiyac olan hər yeri əhatə edəcək: «Zabrat yolundan hanısa böyük vəzifəsi olan adamın keçdiyini zənn etmirəm. Balaxanı yolunu şəxsən özüm keçib düzəltdirmişəm. Xocahəsən yolunun təmiri başa çatır. Bütün bunların hamısı insanların rahatlığı üçündür. Nəinki mənim, cənab Prezidentin də məqsədi budur. Kimin xoşuna gələr ki, Bakının içərisində basabas, tıxac olsun. Amma sadəcə şəhərin srtukturu elədir ki, onun 3 tərəfi sudur. Bircə tərəf açıqdır. Maşın axını eyni formadadır. Əsas məqsəd ondan ibarətdir ki, çıxış düzəlsin.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh