Sumqayıt yolu və Tbilisi prospekti bağlanacaq

Gündəm 19 Aprel 2014 00:00 Oxunub 2050
Sumqayıt yolu və Tbilisi prospekti bağlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur

Bakı-Sumqayıt yolunun 20 Yanvar qovşağından Şamaxinkayadək olan hissəsində bu gün saat 22-dən etibarən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, əvvəlcə yolun Şamaxinkaya gedən istiqaməti, daha sonra isə şəhərə doğru olan hissədə hərəkət məhdudlaşdırılacaq. Gecə saatlarında işin yekunlaşdırılması planlaşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə isə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət qoyulacaq. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Nurlan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh