Parkomatda pul verməyən 17 avtomobilin fotosu yayıldı - FOTO

Avtoxəbər 5 Avqust 2014 18:08 Oxunub 2128
Parkomatda pul verməyən 17 avtomobilin fotosu yayıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi parkomatlarla bağlı sürücülərə müraciət etdi

Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi paytaxt ərazisindəki avtomobil dayanacaqlarında quraşdırılmış parkomatlara pul ödəməyib qaçan sürücülərin yeni siyaşısını açıqlayıb. Budəfəki siyahıda 17 avtomobil var. Avtosfer.az saytı həmin avtomobillərin fotolarını təqdim edir.

Bundan başqa, sürücülərin nəzərinə çatdıraq ki, Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi vətəndaşlara müraciət də edib. Müraciəti diqqətinizə çatdırırıq: «Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi vətəndaşlardan xahiş edir ki, duracaq haqqını parkomatlara şəxsən ödəsinlər. Əməkdaşlara əlavə ödəmələr etməkdən çəkinsinlər. Əməkdaşlara əlavə ödəmələr edilməsi, yaxud, əməkdaş tərəfindən duracaq haqqının ödənilməsi zamanı qanunsuzluqlar ortaya çıxır ki, bu da sonda bəzi üzdəniraq əməkdaşlar tərəfindən dövlət əmlakının mənimsənilməsi ilə nəticələnir».

 

Nurlan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh