Yol polisini əzməyə çalışan «avtoş»un ŞOK VİDEOsu

Avtoxəbər 10 Avqust 2014 12:44 Oxunub 8106
Yol polisini əzməyə çalışan «avtoş»un ŞOK VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü ayağını qaza basıb maşını onun qarşısını kəsən polislərin üstünə sürür

Son vaxtlar yol polislərinə qarşı kobudluq edən sürücülərin sayı artıb. Bu, xüsusən, avtoxuliqanlıq edən sürücülər tərəfindən daha çox edilir. Onlar adətən yol polisinə tabe olmur, onların maşınlarını vurur və ya qorxudub təhlükəli vəziyyət yaradaraq aradan çıxırlar.

Avtosfer.az saytının təqdim etdiyi bu videomaterialda isə hər şey aydındır. Polis əməkdaşları avtoxuliqanlıq edən sürücünün qarşısını kəsib saxlayırlar. Avtomobildən yerə düşməyən «avtoş» bir qədər sonra maşını geriyə sürür və ayağını qaza basıb maşını sürətlə polislərin üstünə sürür. Onları əzib keçməyə cəhd edən «avtoş» istəyinə nail olur. Polislər maşınla vurulmamaq üçün kənara çəkilirlər və «avtoş» qaçır.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh