Yol polisinin pulu ilə xaricdə dincələn məmur…

Yol polisi 4 İyul 2016 09:19 Oxunub 17255
Yol polisinin pulu ilə xaricdə dincələn məmur…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Elə bildim köçüb harasa getmisiniz"

Avtosfer.az yol polisi ilə bağlı daha bir lətifəni oxucularla bölüşür…

Günlərin bir günü kəndlərin birində yol polisi səkidə dayanıb xidmət aparır. Bu zaman AA seriyalı bahalı avtomobil ona yaxınlaşıb dayanır. Maşının şüşəsini endirən sürücü yol polisi ilə salamlaşdıqdan sonra ona 100 manat uzadır. Polis sevincək pulu alıb cibinə qoyur. Sürücü deyir:

- Bacıoğlu, həmişə buralarda olursan?

- Bəli müəllim, xidməti ərazimdir, buralara da gəlirəm.

- Hər gün burada ol, görüşərik.

- Baş üstə müəllim, sağ-salamat…

AA-nın sürücüsü oradan uzaqlaşır. Sonra hər gün səhər saat 9-da eyni yerdə görüşürlər və hər dəfə də sürücü yol polisinə 100 manat verib gedir. Bu minvalla bir il keçir. Günlərin bir günü yol polisi həmin yerdə nə qədər gözləsə də, AA seriyalı maşın gəlmir. 15 gün keçir, yenə gəlmir, 20 gün keçir maşın oralarda görünmür, nəhayət, yol polisi kor-peşman başqa ərazilərə getməli olur, Təxminən bir ay sonra yol polisi AA seriyalı maşını xatırlayır, sürücünü yada salır, üzündə təbəssüm yaranır. Fikirləşir ki, həmin əraziyə bir də baş çəksin. Gəlib orada dayanan kimi bir də görür ki, həmin AA gəlir. Polis çox sevinir. Sürücü maşını saxlayıb yol polisi ilə görüşür və soruşur ki, neçə vaxtdır burada niyə yox idi. Yol polisi cavab verir:

- Müəllim, 15-20 gün gəlmədiniz, elə bildim köçüb getmisiniz.

- Yox əşşi, hara köçürəm? Xaricə istirahətə getmişdim, qayıdıb gəlmişəm. Al bu 100 manatı, yenə buralarda ol, görüşəcəyik.

Yol polisi pulu alıb sevinir və təşəkkür edir. Maşın gedəndən sonra axrasınca baxıb qəzəbli halda deyir:

- Pah atonnan, buna bax e, mənim pulumla gedib xaricdə dincəlir…

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh