Sürücülər diqqətli olsun! Yağış yağacaq

Gündəm 20 Aprel 2014 00:00 Oxunub 1654
Sürücülər diqqətli olsun! Yağış yağacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda və Abşeron yarımadasında aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah gecəyə doğru bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq. Sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh