Sükan arxasında SMS yazan qadın sürücü məktəblini vurdu - VİDEO

Avtoxəbər 10 Avqust 2014 01:06 Oxunub 2624
Sükan arxasında SMS yazan qadın sürücü məktəblini vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarə edərkən telefonu əldə saxlamaqla ondan istifadə etmək qadağandır; cəriməsi 50 manat

Sükan arxasında mobil telefondan istifadə etmək olduqca təhlükəlidir. Hətta alimlər sübut edib ki, sükan arxasında mobil telefonla danışan sürücünün hərəkətləri 0,8 promil sərxoşluq dərəcəsi olan sürücüyə bənzəyir. Odur ki, dünyanın əksər dövlətləri avtomobil idarə edərkən mobil telefonla danışmağı, SMS yazmağı qadağan edib. Azərbaycan qanunvericiliyinə görə, sükan arxasında mobil telefonu əldə saxlamaqla ondan istifadə etmək 50 manat cərimə deməkdir.

Avtosfer.az-ın təqdim etdiyi bu videoçarx isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun təşəbbüsü ilə şazırlanıb. Çarx sükan arxasında mobil telefondan istifadənən törədə biləcəyi ağır nəticələr barədə sürücüləri xəbərdar edir. İzləyək və əməl edək!

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh