İki avtomobil DYP maşınını vurub əzdi – Detallar yola töküldü - FOTO

Yol polisi 3 İyul 2016 16:23 Oxunub 21785
İki avtomobil DYP maşınını vurub əzdi – Detallar yola töküldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərbə o qədər güclü olub DYP avtomobili yerində fırlanaraq üzü o tərəfə dayanıb

Bu gün günorta saatlarında Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi ilkin məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 3 avtomobil Beynəlxalq Avtovağzalın yaxınlığında toqquşub. Onlardan biri Dövlət Yol Polisinə məxsus patrul avtomobili olub. Hətta zərbə o qədər güclü olub ki, DYP avtomobili yerində fırlanaraq üzü Sumqayıt istiqamətində dayanıb. Şahidlər bildirir ki, qəzada ən çox əzilən də elə DYP maşını olub. Onun arxa və yan tərəfi əzilib, maşının bir neçə detalı qoparaq ətrafa səpələnib.

Ehtimal olunur ki, DYP maşını qəzaya düşən avtomobillərdən birini təqib edərkən toqquşma baş verib.

***

Dövlət Yol Polisi əməkdaşlarının olduğu “99 YP 734” dövlət nömrə nişanlı BMV markalı avtomobillə “06 BE 009” dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “99 YP 734” dövlət nömrə nişanlı BMV markalı avtomobil yararsız vəziyyətə düşüb. “Audi” markalı minik avtomobilinə isə qismən ziyan dəyib. Xəsarət alan yoxdur.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh