Polisi ağır yaralayan şəxslərə hökm oxunub - Bakıda

Yol polisi 4 İyul 2016 12:23 Oxunub 1215
Polisi ağır yaralayan şəxslərə hökm oxunub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar adam öldürməyə cəhddə və oğurluqda təqsirləndiriliblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhd etməkdə və oğurluqda təqsirləndirilən Yevgey Antonovski, Andrey Povlenko və Fərqamət Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az "report"a istinadən məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Y.Antonovski 17 il, A.Povlenko ilə F.Qasımov isə hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, həmin şəxslər Bakıda ödəmə aparatını oğurlayıblar. Daha sonra polis əməkdaşları Y.Antonovski, A.Povlenko və F.Qasımova qarşı əməliyyat keçiriblər. Bu zaman həmin şəxslər polisə atəş açıblar. Polis əməkdaşlarından biri ağır yaralanıb. O, Cinayət Məcəlləsinin 29, 120 (qəsdən adam öldürməyə cəhd) 177-ci (oğurluq) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham olunublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh