Qəbələdə ağır yol qəzası: 2 nəfər öldü - FOTOLAR

Avtoxəbər 20 Aprel 2014 00:00 Oxunub 2106
Qəbələdə ağır yol qəzası: 2 nəfər öldü - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarəetməni itirərək aşıb, zərbənin təsirindən sürücü və yanında olan sərnişin hadisə yerində keçinib

Qəbələ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə aprelin 18-də saat 22.00 radələrində Qəbələ-Ağdaş yolunun 21 km-də rayonun Çarxana kəndi ərazisində qeydə alınıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Tovuz rayon sakini Elçin Qocayevin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək aşıb. Zərbənin təsirindən Elçin Qocayev və yanında olan sərnişin, həmyerlisi Ruslan Hümmətov aldığı xəsarətlərdən hadisə yerindəcə keçiniblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh