Yenə valideyn səhlənkarlığı; uşaq metroda relslərin üstünə yıxıldı - VİDEO

Xəbərlər 12 Avqust 2014 21:10 Oxunub 2143
Yenə valideyn səhlənkarlığı; uşaq metroda relslərin üstünə yıxıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uşaq arabası qatar relslərinə yıxılıb, körpə ölümdən son anda xilas olub

Londonun Goodge küçəsində yerləşən metrostansiyaların birində ürəktitrədən hadisə baş verib. Avtosfer.az-ın xarici mətbuata istinadən məlumatına görə, araba ilə birlikdə relsə yıxılan uşaq son anda ölümdən xilas edilib. Körpəsini uşaq arabasında bir kənarda qoyub o biri ailə üzvlərinə kömək etməyə başı qarışan qadın, geri döndüyündə şoka düşür. Görüntülərdən də aydın olur ki, iki keçid arasında olduğundan uşaq arabası digər qatarın küləyinin təsirindən hərəkət etməyə başlayır və qatar relslərinə yıxılır. Şoka düşən ana dərhal qaçaraq metronun gəlməsinə saniyələr qalmış uşağını xilas edir. Deyilənə görə, balaca uşaq heç bir xəsarət almayıb.

Avtosfer.az həmin görüntüləri təqdim edir. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh