Gəncədə tələbə polisi yaraladı

Gündəm 20 Aprel 2014 00:00 Oxunub 1706
Gəncədə tələbə polisi yaraladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şəxsi münasibətlər zəminində polis əməkdaşı ilə tələbə arasında münaqişə olub

 

Gəncədə şəxsi münasibətlər zəminində polis əməkdaşı ilə tələbə arasında münaqişə olub. APA TV-nin verdiyi məlumata görə, dava şəhərin Nəriman Nərimanov prospektində, 10 saylı orta məktəbin yaxınlığında baş verib. Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşı Elçin Həsənovla Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi Xalid Aydınlı arasında şəxsi münasibətlər zəminində dava düşüb.  Tələbə polisə sifət nahiyəsindən zərbələr endirərək ona xəsarət yetirib.

 

Qeyd edək ki, dava baş verən zaman polis əməkdaşı Elçin Həsənov mülki geyimdə olub. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Məsələ ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh